07.06.2024
7 iyun 2024-cü il tarixində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyinin təşkilatçılığı ilə Ağstafa Rayon 2 saylı tam orta məktəbin 5a sinif şagirdləri ilə birgə Azərbaycanın xalq şairi Hüseyn Arif yaradıcılığında sülh və demokratiyanın tərənnümü mövzusunda açıq dərs keçirildi. Dərsdə Hüseyn Arifin yaradıcılığı boyu şeirlərində vətən məhəbbəti, torpaq sevgisi, azadlıq, sülh və əmin-amanlıq kimi dəyərləri geniş şəkildə təsvir etməsindən danışıldı. Hüseyn Arif Ev Muzeyi əməkdaşları şagirdlərin Hüseyn Ariflə bağlı suallarını cavablandırdılar.